...

Astarada “Mercedes”lə vurulan piyada xəstəxanada öldü

Hadisə Materials 18 İyul 2020 17:23 (UTC +04:00)
Astarada “Mercedes”lə vurulan piyada xəstəxanada öldü

Bakı. Trend:

Astara rayonunun Şahağacı kəndi ərazisində yol-nəqliyyat hadisəsi olub.

Daxili İşlər Nazirliyindən Trend-ə bildirilib ki, iyulun 17-də saat 22 radələrində Astara rayonunun Şahağacı kəndi ərazisində Lənkəran rayon sakini E.İbrahimov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən kənd sakini Yusif Babayevi vurub. Xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti