...

Bakıda “Volkswagen” piyadanı vurub öldürüb

Hadisə Materials 12 Sentyabr 2020 15:23 (UTC +04:00)
Bakıda “Volkswagen” piyadanı vurub öldürüb

Bakı. Trend:

Paytaxtın Nizami rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Nizami rayonu ərazisində yolu keçən 30-35 yaşlarında kişi Bakı şəhər sakini O.Həsənovun idarə etdiyi “Volkswagen” markalı avtomobillə vurulub. Nəticədə piyada hadisə yerində ölüb.

Hadisə ilə bağlı Nizami Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti