...

Ağdamda piyada ölümü ilə nəticələnən qəza olub

Hadisə Materials 10 Oktyabr 2020 13:04 (UTC +04:00)
Ağdamda piyada ölümü ilə nəticələnən qəza olub

Bakı. Trend:

Ağdamda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, oktyabrın 9-da saat 13 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisində rayon sakini Ə.Məmmədov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən həmyerlisi Məkan Abbasovanı vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Ağdam Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti