...

Bakıda avtobus dayanacaqda duran piyadaları vurub, ölən var

Hadisə Materials 7 Noyabr 2020 13:40 (UTC +04:00)
Bakıda avtobus dayanacaqda duran piyadaları vurub, ölən var

Bakı. Trend:

Yasamal rayonu ərazisində “Daewoo” markalı avtobusla dayanacaqda olan 2 piyada vurulub.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 6-da saat 08 radələrində Yasamal rayonu ərazisində Şabran rayon sakini R.Poladov idarə etdiyi “Daewoo” markalı avtobusla dayanacaqda olan Abşeron rayon sakinləri Qabil Nağıyevi və İ.Pokinanı vurub.

Piyada Q.Nağıyev aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Yasamal RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti