...

Bakıda sərnişin avtobusu yandı

Hadisə Materials 16 Noyabr 2020 12:57 (UTC +04:00)
Bakıda sərnişin avtobusu yandı

Bakı. Samir Əli - Trend:

Bakıda sərnişin avtobusunda yanğın olub.

Fövqəladə Hallar nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə paytaxtın Binəqədi rayonunda baş verib.

"Otoyol" markalı sərnişin avtobusunun yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti