...

Qubada avtomobil piyadanı vurub öldürdü

Hadisə Materials 21 Noyabr 2020 14:18 (UTC +04:00)
Qubada avtomobil piyadanı vurub öldürdü

Bakı. Trend:

Qubada yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin mərbuat xidmətindən Trend-ə bildirilib ki, noyabrın 20-də saat 19 radələrində Quba rayonunun 2-ci Nügədi kəndi ərazisində kənd sakini N.Hüseynzadə idarə etdiyi “VAZ-2106” markalı avtomobillə yolu keçən həmkəndlisi Sənurə İsayevanı vurub. Nəticədə piyada aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib və orada ölüb.

Quba RPŞ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti