...

Ucarda gizli işləyən çayxana aşkarlandı, 7 nəfər məsuliyyətə cəlb edildi (FOTO)

Hadisə Materials 4 Yanvar 2021 11:48 (UTC +04:00)
Ucarda gizli işləyən çayxana aşkarlandı, 7 nəfər məsuliyyətə cəlb edildi (FOTO)

Bakı. Samir Əli - Trend:

Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində elan edilmiş xüsusi karantin rejiminin tələblərinin pozulmasının qarşısının alınması istiqamətəndə tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Trend-ə verilən məlumata görə, Ucar RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində rayon ərazisində karantin qaydalarına zidd olaraq fəaliyyət göstərən çayxana aşkar edilib.

Çayxananın sahibi və orada olanlardan 7 nəfər barəsində inzibati qaydada cərimələr tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti