...

Kür çayında batan bacı-qardaşlardan birinin meyiti tapılıb

Hadisə Materials 10 Aprel 2021 16:01 (UTC +04:00)
Kür çayında batan bacı-qardaşlardan birinin meyiti tapılıb

Bakı. Trend:

09 aprel 2021-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olmuş zəng əsasında Kür çayının Sabirabad rayonu, Cəngan kəndi ərazisindən keçən hissəsində batdıqları ehtimal olunan Hüseynli Məryəm Şahin qızının və Hüseynli Hüseyn Şahin oğlunun axtarışları FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları tərəfindən davam etdirilir.

FHN-dən Trend-ə verilən məlumata görə, aparılan axtarış işləri nəticəsində dalğıc-axtarış qrupu tərəfindən 2000-ci il təvəllüdlü Hüseynli Məryəm Şahin qızının meyiti bu gün günorta saatlarında Kür çayında tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Batdığı ehtimal olunan 2016-cı il təvəllüdlü Hüseynli Hüseyn Şahin oğlunun axtarışları davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti