...

Bakı-Qazax yolunda orta yaşlı kişini maşın vurub öldürdü - FOTO

Hadisə Materials 16 May 2021 10:49 (UTC +04:00)
Bakı-Qazax yolunda orta yaşlı kişini maşın vurub öldürdü - FOTO

Bakı. Samir Əli- Trend:

Bakı-Qazax yolunda orta yaşlı kişinin ölümü ilə nəticələnən yol qazası baş verib.

DİN Mətbuat Xidmətinin Gəncə regional qrupundan Trend-ə verilən məlumata görə, Bakı-Qazax avtomagistral yolunun 423-cü km-də avtomobil naməlum piyadanı vurub. Hadisə nəticəsində piyada aldığı xəsarətdən Tovuz rayon Mərkəzi Xəstəxanasında ölüb.

Piyadanın üzərindən heç bir sənəd aşkar olunmayıb.

Həmin kişinin əlamətləri belədir: yaşı 48-52 arası, orta bədən quruluşlu, saçları qaradır. Əynində qara manto, qara rəngli pencək, qara şalvar olub.

Şəkildə gördüyünüz kişini tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Tovuz Rayon Polis Şöbəsinə və (022) 315-00-94; (050) 237-81-81 şəhər və mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti