...

Goranboyda 11 yaşlı uşaq anasının tanışı tərəfindən qətlə yetirilib

Hadisə Materials 23 Avqust 2021 15:07 (UTC +04:00)
Goranboyda 11 yaşlı uşaq anasının tanışı tərəfindən qətlə yetirilib

Bakı. Samir Əli - Trend:

Goranboyda itkin düşən 11 yaşlı oğlanın qətlə yetirilməsi məlum olub.

Goranboy rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, azyaşlı 2010-cu il təvəllüdlü Nurlan Məmmədovun (ad şərtidir) itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında Goranboy rayon Polis şöbəsində araşdırma aparılıb.

İstintaq-əməliyat tədbirləri ilə müəyyən edilib ki, Nurlan Məmmədov anasının tanışı İkram Hüseynov (ad şərtidir) tərəfindən avqustun 13-ü döyülmüş, avqustun 15-də isə aldığı xəsarətlərdən ölüb.

Hazırda faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

İkram Hüseynov şübhəli şəxs qismində tutulub.

Hazırda istintaq davam etdirilir.

Twitter: @GuleliyevSamir

Məqalədə:
Xəbər lenti

Xəbər lenti