...

Kiprdə britaniyalı hərbçi həlak oldu

Hadisə Materials 5 Sentyabr 2021 03:37 (UTC +04:00)
Kiprdə britaniyalı hərbçi həlak oldu

Bakı. Trend:

Kiprdə britaniyalı hərbçilər avtomobil qəzasına düşüblər.

Trend-in məlumatına görə, bu barədə Akrotiri və Dekelia hərbi bazalarının rəhbərliyi xəbər yayıb.

Bildirilir ki, qəza nəticəsində hərbçilərdən biri dünyasını dəyişib, sağ qalan iki hərbçi yüngül xəsarət alıb.

İlkin araşdırmalara əsasən, qəza sürücünün idarəetməni itirməsi nəticəsində baş verib, avtomobil yoldan çıxaraq ağaclara çırpılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti