...

Milli parkda ov edən şəxs cəzalandırılıb

Hadisə Materials 10 Sentyabr 2021 16:34 (UTC +04:00)
Milli parkda ov edən şəxs cəzalandırılıb

Bakı. Çingiz Səfərli - Trend:

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı milli parkın ərazisində ov edən şəxs saxlanılıb.

Trend-in məlumatına görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, araşdırma zamanı brakonyerin Masallı rayon sakini İmanverdi Orucov olduğu müəyyən edilib.

Faktla bağlı qanun pozucusu barəsində qanunamüvafiq tədbirlər görülüb.

Twitter:@cingizsafarli

Məqalədə:
Xəbər lenti

Xəbər lenti