...

Yuxarı Qarabağ kanalında qadın meyiti tapılıb

Hadisə Materials 31 Oktyabr 2021 17:25 (UTC +04:00)
Yuxarı Qarabağ kanalında qadın meyiti tapılıb

Bakı. Trend:

Fövqəladə Hallar Nazirliyin (FHN) "112" qaynar telefon xəttinə Yuxarı Qarabağ kanalının Bərdə rayonu, Həsənli kəndi ərazisindən keçən hissəsində aşkar edilən naməlum qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.

Nazirlikdən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar FHN-nin Qarabağ Regional Mərkəzinin xilasetmə qüvvələri göstərilən əraziyə cəlb olunub. Görülən tədbirlər nəticəsində meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti