...

Tatarıstanda qətl törədən şəxsin işi məhkəməyə göndərildi

Hadisə Materials 4 Noyabr 2021 14:31 (UTC +04:00)
Tatarıstanda qətl törədən şəxsin işi məhkəməyə göndərildi

Bakı. Samir Əli - Trend:

Tatarıstanda qətl törətdiyi üçün Azərbaycanda saxlanılan şəxsin məhkəməsi başlayır.

Ucar rayon prokurorluğundan Trend-ə verilən məlumata görə,18.10.2015-ci il tarixdə Rusiya Federasiyası Tatarıstan Respublikası Yutazinski rayon sakini 1937-ci il təvəllüdlü Rasima Zaqirovanın qəsdən öldürülməsi faktı ilə bağlı Tatarıstan Respublikası İstintaq idarəsinin Aznakayevski rayonlararası İstintaq bölməsində başlanmış cinayət işi üzrə istintaq Ucar rayon prokurorluğunda tamamlanıb.

İstintaqla müəyyən edilmişdir ki, cinayət əməli Azərbaycan Respublikası vətəndaşı 1965-ci il təvəllüdlü Əlövsət Məmmədov tərəfindən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı törədilib.

Əlövsət Məmmədova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.

Cinayət işi baxılması üçün aidiyyatı üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti