...

ADNSU-da yanğın olub? - AÇIQLAMA

Hadisə Materials 17 Noyabr 2021 12:50 (UTC +04:00)
ADNSU-da yanğın olub? - AÇIQLAMA

Bakı. Fərid Zöhrabov - Trend:

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində zibil qutusunda yanğın olub.

Bunu Trend-ə açıqlamasında ali məktəbin Mətbuat Xidmətinin rəhbəri Bəhruz Nəzərov deyib.

O bildirib ki, hadisə universitetin ikinci korpusunda baş verib: "Zibil qutusunun içindəki kağızlar yandığı üçün bir neçə dəqiqə tüstü olub və dərhal söndürülüb. Yaşanan hadisə tədris prosesinə mane olmayıb".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti