...

Bakı-Sumqayıt yolunda yük maşını aşdı, yolda tıxac var

Hadisə Materials 19 Noyabr 2021 17:55 (UTC +04:00)
Bakı-Sumqayıt yolunda yük maşını aşdı, yolda tıxac var

Bakı. Samir Əli - Trend:

Bakı-Sumqayıt yolunda yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə Bakı-Sumqayıt yolunda, DYP-nin Ekoloji Nəzarət Postu qarşısında baş verib. Yolda hərəkətdə olan yük avtomobili (TIR) idarəetməni itirərək aşıb.

Nəticədə yolda böyük tıxac yaranıb.

Hazırda yolda hərəkətin tənzimlənməsi istiqamətində işlər gedir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti