...

Baş Prokurorluq ANAMA əməkdaşı və DSX-nin gizirinin minaya düşməsi barədə məlumat yaydı

Hadisə Materials 20 Noyabr 2021 10:20 (UTC +04:00)
Baş Prokurorluq ANAMA əməkdaşı və DSX-nin gizirinin minaya düşməsi barədə məlumat yaydı

Bakı. Samir Əli - Trend:

Zəngilanda ANAMA əməkdaşı və DSX-nın giziri minaya düşüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, noyabrın 19-u saat 15 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Zəngilan rayonuna ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1972-ci il təvəllüdlü Vaqif Babayevin və Dövlət Sərhəd Xidmətinin giziri 1999-cu il təvəllüdlü Renat Ağababayevin tank əleyhinə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə prokurorluğa məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti