...

Bərdədə iki piyadanı maşın vurub, biri ölüb (FOTO)

Hadisə Materials 23 Noyabr 2021 19:44 (UTC +04:00)

Bərdə. Aslan Məmmədli - Trend:

Bərdədə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə rayonun H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, iki nəfər yolu keçmək istəyərkən onları "VAZ-2107" markalı minik avtomobili vurub.
1989-cu il təvəllüdlü Məmmədova Gülnar hadisə yerində ölüb, Gülməmmədova Nahidə isə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti