...

ABŞ-da məktəbdə şagird güllələnib

Hadisə 22 Yanvar 2022 06:42 (UTC +04:00)
ABŞ-da məktəbdə şagird güllələnib

Bakı. Trend:

ABŞ-ın Merilend ştatında şagird digər şagird tərəfindən güllələnib.

Trend xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə yerinə çatan hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal binanı mühasirəyə alaraq, cinayətkarın hadisə yerindən yayınma ehtimalını aradan qaldırıblar.

Binada aparılmış axtarışlar nəticəsində cinayəti törətməkdə şübhəli bilinən digər 17 yaşlı məktəbli saxlanılaraq, nəzarət altına alınıb.

Qeyd olunur ki, yaralı xəstəxanaya yerləşdirilib, onun vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisənin səbəbləri haqqında məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti