...

Qusarda restoran icarədarı həbs edilib

Hadisə Materials 10 Fevral 2022 13:18 (UTC +04:00)
Qusarda restoran icarədarı həbs edilib

Bakı. Samir Əli - Trend:

Qusar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon ərazisində olan restoranlardan birində rəsmi portalda qeydiyyatda olmayan və karantin rejim qaydalarının pozulması ilə müşahidə olan toy mərasiminin keçirilməsi müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə bildirildiyinə görə obyektin icarədarına əvvəlcədən edilən xəbərdarlığa baxmayaraq, onun rəsmi portalda qeydiyyatda olmayan toy mərasimi təşkil etdiyi aşkarlanıb.

Qusar rayon məhkəməsinin qərarı ilə restoranın icarədarı F.Xəlilov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq inzibati qaydada həbs edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti