...

Piyadanı vurub öldürən sərxoş polis kapitanına hökm oxundu

Hadisə Materials 23 Fevral 2022 12:37 (UTC +04:00)
Piyadanı vurub öldürən sərxoş polis kapitanına hökm oxundu

Bakı. Samir Əli - Trend:

Sumqayıt Ağır Cinayətlər Məhkəməsin Xaçmaz rayonunda piyadanın ölümünə səbəb olmaqda təqsirləndirilən Feyruz Ağamalıyevin işi üzrə məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 5 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, hadisə 2021-ci ilin avqustun 1-də Nabran-Xudat avtomobil yolunun Xaçmaz rayonunun Nabran kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Xızı Rayon Polis Şöbəsinin təhlükəsizlik bölməsinin polis sahə rəisi, polis kapitanı F.Ağamalıyev alkoqollu içki qəbul edərək sərxoş halda avtomobil idarə edib, yol hərəkəti qaydalarını pozub və piyadanı vuraraq öldürüb. Daha sonra o, hadisə yerindən qaçıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti