...

İsmayıllıda keçmiş məhkum heroinlə tutulub

Hadisə Materials 1 Aprel 2022 12:59 (UTC +04:00)
İsmayıllıda keçmiş məhkum heroinlə tutulub

Bakı. Trend:

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı gülcü təsiredici narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasitə daşıyan, əvvəllər də eyni əməlinə görə məhkum edilmiş rayon sakini Elbrus Abdulov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti