Bakı. Trend:
Samux rayonunda Eldar Şamı Dövlət Təbiət Qoruğunun ərazisində təqribən 3 ha sahədə quru ot, kol-kos və ağaclar yanıb.
Bu barədə Trend-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Qoruğun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.