...

Bakıda 82 yaşlı qadını maşın vurub öldürdü

Hadisə Materials 5 May 2022 10:03 (UTC +04:00)

Bakı. Trend:

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Trend-in məlumatına görə, hadisə metronun "Koroğlu" stansiyasının yaxınlığında baş verib.

1982-ci il təvəllüdlü Sənan Soltanov idarə etdiyi "Saipa" markalı avtomobillə hərəkətdə olarkən yolu keçən 1940-cı il təvəllüdlü Svetlana Abramovanı vurub.

Yaralı ağır xəsarətlərlə 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Yaralı xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti