...

Kürdəmirdə "patı" satan şəxs saxlanıldı

Hadisə Materials 6 May 2022 17:02 (UTC +04:00)
Kürdəmirdə "patı" satan şəxs saxlanıldı
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Kürdəmirdə narkotik vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Ümüd Bəşirov saxlanılıb.

Saxlanılan zaman həmin şəxsin üzərindən satış məqsədi qablaşdırılmış psixotrop maddə metamfetamin və heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Kürdəmir RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti