...

Keçmiş arvadı və qayınanasını maşınla vurub bıçaqlayan şəxs məcburi müalicəyə göndərildi

Hadisə Materials 19 May 2022 15:06 (UTC +04:00)
Keçmiş arvadı və qayınanasını maşınla vurub bıçaqlayan şəxs məcburi müalicəyə göndərildi
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçmiş həyat yoldaşını və onun anasını avtomobillə vuran, daha sonra onları bıçaqlayan 1977-ci il təvəllüdlü Fədail Atakişiyevin məhkəmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə təqsirləşdirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə F. Atakişiyev 1 saylı Ruhi Əsəb Dispanserinə məcburi müalicəyə göndərilib.

İttihama görə, Fədail Atakişiyev Sabunçu rayonu Bakıxanov qəsəbəsində idarə etdiyi minik avtomobili ilə yol kənarında dayanan keçmiş həyat yoldaşı, 1989-cu il təvəllüdlü Ramidə Atakişyevanı qəsdən vurub.

Fədail Atakişiyev daha sonra avtomobildən düşərək əvvəlcə Ramidə Atakişiyevanı, daha sonra onun anası Narın Ağayevaya bıçaqla bir neçə xəsarət yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd) və 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham irəli sürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti