...

İnsan alveri ilə məşğul olan qadına hökm oxundu

Hadisə Materials 18 İyun 2022 10:21 (UTC +04:00)
İnsan alveri ilə məşğul olan qadına hökm oxundu
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində insan alverində təqsirləndirilərək həbs edilən Gülnarə Məhərrəmovanın cinayət işi üzrə məhkmə prosesi başa çatıb.

Trend-in məlumatına görə, prosesdə təqsirlənjdirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə G.Məhərrəmova 8 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı olan qadınların etibarından sui-istifadə edərək Türkiyə Respublikasının Balıkesir şəhərinə aparıb orada cinsi istismara məruz qoymaqda şübhəli bilinən Gülnarə Məhərrəmova tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 144-1.2.1, 144-1.2.2 və 144-1.2.4-1-ci maddələri ilə (İnsan alveri) təqsirli bilinib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti