...

Bakı-Sumqayıt yolunun kənarında yanan ağaclıq sahə söndürüldü (ƏLAVƏ OLUNUB)

Hadisə Materials 18 İyul 2022 15:17 (UTC +04:00)
Bakı-Sumqayıt yolunun kənarında yanan ağaclıq sahə söndürüldü (ƏLAVƏ OLUNUB)

Trend-i buradan izləyin

Bakı. Trend:

Bakı şəhəri, Binəqədi rayonunda Bakı-Sumqayıt şosesi yaxınlığında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib.

***

14:37

Bakı-Sumqayıt yolunun kənarında ağaclar yanır.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən xəbərə görə, Nazirliyin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Binəqədi rayonunda Bakı-Sumqayıt şosesi yaxınlığında yanğın olması barədə məlumat daxil olub.

Məlumat daxil olduqdan dərhal sonra FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının olduğu əraziyə cəlb olunub.

İlkin məlumata əsasən, yol kənarında quru ot, kol-kos və ağaclar yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti