...

Bərdədə avtomobil iki piyadanı vurdu, ölən var

Hadisə Materials 12 Oktyabr 2022 10:52 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bərdədə ölümlə nəticələnən yol qəzası olub.

Trend-in məlumatına görə, hadisə oktyabrın 11-də saat 21 radələrində Bərdə rayonunun Qaradəmirçi kəndi ərazisində baş verib.

Rayon sakini E.Qarayev idarə etdiyi “NAZ-Lifan” markalı avtomobillə yolu keçən kənd sakini G.Səlimxanzadəni və Tərtər rayon sakini Tünzalə Rəsulovanı vurub. Nəticədə hər iki piyada xəstəxanaya yerləşdirilib, T.Rəsulova orada ölüb.

Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti