...

Parklarda özünü polis kimi təqdir edərək pul tələb edən şəxs aşkarlanıb

Hadisə Materials 27 Oktyabr 2022 18:23 (UTC +04:00)
Parklarda özünü polis kimi təqdir edərək pul tələb edən şəxs aşkarlanıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxt parklarında istirahət edən şəxslərə yaxınlaşaraq özünü polis əməliyyatçısı kimi təqdir edərək pul tələb edən şəxs müəyyən olunub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nərimanov RPİ 18-ci Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1987-ci il təvəllüdlü Rəsul Əliyev tutularaq məsuliyyətə cəlb edilib.

Araşdırmalar davam etdirilir.

Onun qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə 102 - Zəng Mərkəzinə, eləcə də Nərimanov Rayon Polis İdarəsinə, yaxud 18-ci Polis Şöbəsinə müraciət etmələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti