...

Bakı-Sumqayıt yolunda sərnişini bıçaqlayan sürücü saxlanılıb

Hadisə Materials 18 Noyabr 2022 10:41 (UTC +04:00)
Bakı-Sumqayıt yolunda sərnişini bıçaqlayan sürücü saxlanılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Bakı-Sumqayıt yolunda sərnişini bıçaqlayan sürücü saxlanılıb.

DİN Mətbuat Xidmətinin əməkdaşı Nurlan Əliyev Trend-ə bildirib ki, Bakı-Sumqayıt şosesində sürücünün sərnişinə xəsarət yetirməsi ilə nəticələnən görüntülər araşdırılıb:

"Əməli törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Tural Rəhimov polis əməkdaşlarının keçirdiyi tədbirlərlə saxlanılıb. İlkin araşdırmalarla T.Rəhimovun 1988-ci il təvəllüdlü Ə.Vəliyevi şəxsi münasibətlər zəmnində bıçaqla xəsarət yetirdiyi məlum olub. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün müvafiq ekspertiza təyin olunub. Araşdırmalar davam etdirilir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti