Bakı. Trend:
Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirən Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) deputatı Yakup Taşın ailə üzvləri və qohumlarından ibarət 20 nəfər də həyatını itirb.
Trend bu barədə DHA-ya istinadən xəbər verir.
Qeyd edilib ki, millət vəkilinin ailə üzvləri və qohumrından 20 nəfər, o cümlədən, həyat yoldaşı, qardaşları və nəvələri zəlzələdə həyatlarını itirib.
Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.
Xeyli sayda insan həlak olub və yaralanıb.