Bakı. Trend:
Kürdəmirdə silahlı şəxs yaxalanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Məhəmməd Şəfiyev saxlanılıb.
Onun evinə baxış keçirilərkən 1 ədəd "Kalaşnikov" markalı avtomat, 24 patron və 1 patron darağı aşkar edilərək götürülüb.
Faktla bağlı cinayət işi açılıb.