...

Yol polisi Bakı-Sumqayıt yolundakı qəza barədə məlumat yayıb

Hadisə Materials 9 Mart 2023 10:49 (UTC +04:00)
Yol polisi Bakı-Sumqayıt yolundakı qəza barədə məlumat yayıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

DİN-in Baş DYP İdarəsi Bakı-Quba yolunda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

İdarənin şöbə rəisi Rövşən Tağıyevin Trend-ə verdiyi məlumatda bildirilir ki, bu gün saat 06:30 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun 27-ci kilometrliyində, Sumqayıt şəhəri ərazisində Qocayev Murad Məsud oğlunun idarə etdiyi “Ford” markalı, 29-BA-586 dövlət qeydiyyat nişanlı mikroavtobus onunla eyni istiqamətdə hərəkətdə olan Məmmədov Ələddin Hacı oğlunun idarə etdiyi “DAF” markalı, 99-GJ-323 dövlət qeydiyyat nişanlı yük avtomobilinin qoşqusu ilə toqquşub.

Nəticədə, mikroavtobusda olan sərnişinlərdən 6 nəfəri xəsarət alaraq Sumqayıt şəhər xəstəxanasına yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti