...

Dünən avtomobillə vurulan Göyçay sakini xəstəxanada dünyasını dəyişib

Hadisə Materials 20 Mart 2023 13:11 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Dünən saat 20:50 radələrində Göyçay rayonunun Qarabaqqal kəndi ərazisində Əhməd Çərkəzov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən piyada, 1949-cu il təvəllüdlü rayon sakini Rafiq Hacıyevi vurub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə bildirilib ki, müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada əvvəlcə rayon mərkəzi xəstəxanasına, daha sonra isə Bakı şəhərində yerləşən xəstəxanalardan birinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti