...

Abşeronda zəncirvari qəza olub, ölən var

Hadisə Materials 17 Aprel 2023 09:22 (UTC +04:00)
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Abşeron rayonunda ölümlə nəticələnən zəncirvari qəza baş verib.

Trend-in məlumatına görə, hadisə Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Lökbatan qolunda “Daşlı yamac” adlandırılan ərazidə baş verib. Əbilov İlkin Məmməd oğlu tərəfindən idarə edilən “Opel Combo” markalı, 77-XN-342 dövlət qeydiyyat nişanlı, Mürvətov Səxavət Qüdrət oğlu tərəfindən idarə edilən “Vaz 2107” markalı, 90-VZ-093 dövlət qeydiyyat nişanlı və Zeynalova Sevinc Vilayət qızının idarə etdiyi “Nissan Micra” markalı,77-HN-489 dövlət qeydiyyat nişanlı avtomobillərin toqquşması ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində “Nissan Micra” markalı, 77-HN-489 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zeynalova Sevinc Vilayət qızı Bakı, şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 15 saylı Təcili Tibbi Yardım Stansiyasına aparılarkən yolda almış olduğu xəsarətlərdən ölüb.

Hadisə ilə bağlı Abşeron RPİ-nin İstintaq şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti