...

Sumqayıtdakı zavodda baş verən yanğında bir nəfər xəsarət alıb

Hadisə Materials 13 İyun 2023 14:16 (UTC +04:00)
Sumqayıtdakı zavodda baş verən yanğında bir nəfər xəsarət alıb

Bakı. Trend:

Sumqayıtda zavodda baş verən yanğın zamanı bir nəfər xəsarət alıb

"SOCAR Downstream Management" MMC-dən Trend-ə verilən məlumata görə, 13 iyun 2023-cü il tarixində “Azərikimya” İstehsalat Birliyinin Etilen-Polietilen zavodunda Qaz məhsullarının qəbulu və buraxılışı sahəsində yanğın baş verib. İlkin ehtimala görə yanğın xammal tutumunda baş verib.

Yanğın qeydə alındıqdan sonra Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hazırda müvafiq soyutma tədbirləri fasiləsiz olaraq davam etdirilir.

Yanğın zamanı bir nəfər yüngül xəsarət alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti