...

Bakıda saxta 200 manatlıqlarla yaşlı insanları aldadan şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 4 Avqust 2023 13:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Məhərrəm ayı ilə bağlı yaşlı nəslə yardım ediləcəyi adı altında vətəndaşlardan pul yığılması və saxta əsginaslar təqdim edilməsinə dair sosial şəbəkələrdə yayılan məlumatlar araşdırılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Trend-ə bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə naməlum şəxsin kimliyi müəyyən edilib.

Onun 1993-cü il təvəllüdlü Əmrahov Vüsal Tahir oğlu olması məlum olub. Davam etdirilən tədbirlərlə V.Əmrahov saxlanılıb. Onun üzərindən 200 manat saxta əsginas aşkarlanıb.

Onun əməlindən zərərçəkən şəxslərin polisə məlumat vermələri tövsiyə edilir.

Araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti