Bakı. Trend:
Kürdəmir rayonunda 3 maqnitudalı zəlzələ olub.
Trend xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi bildirib.
Yeraltı təkanlar yerli vaxtla saat 01:19-da qeydə alınıb. Təbiət hadisəsinin ocağı 52 km dərinlikdə olub.
Zəlzələ hiss olunmayıb.
Qeyd edək ki, ötən gün Kürdəmir rayonunda 5,2 maqnitudalı zəlzələ olub.
Təbiət hadisəsi yerli vaxtla saat 20:38-də qeydə alınıb.
Yeraltı təkanlar Ağdam, Saatlı, Beyləqan, Mingəçevir, Yardımlı, Qəbələ rayonlarında hiss olunub.