...

Bakıda birmərtəbəli ev yanıb

Hadisə Materials 23 Fevral 2024 08:09 (UTC +04:00)
Bakıda birmərtəbəli ev yanıb

Bakı. Trend:

Bakı şəhərinin Binəqədi rayonunda yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, rayonda ümumi sahəsi 80 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları 15 m² sahədə və digər otaqda 1 ədəd çarpayı yanıb. Yüksək temperaturdan 1 ədəd plastik pəncərə çərçivəsi və dəhlizdə 1 ədəd televizor əriyib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti