...

Sumqayıtda marşrut avtobusu TIR-la toqquşdu: xəsarət alan sərnişinlərin SON VƏZİYYƏTİ

Hadisə Materials 12 İyul 2024 18:30 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 12.07.2024-cü il tarixində saat 17:20 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 11 nəfər (7-si kişi cinsli, 4-ü qadın cinsi olmaqla) yerləşdirilib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq mərkəzdən məlumat verilib.

Bildirilib ki, hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Qeyd edək ki, Sumqayıt şəhərində marşrut avtobusu TIR-la toqquşub. Hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti