...

Yaşayış evindən qızıl oğurlayan şəxs saxlanılıb (FOTO)

Hadisə Materials 18 Fevral 2025 11:11 (UTC +04:00)
Yaşayış evindən qızıl oğurlayan şəxs saxlanılıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Lənkəran şəhəri ərazisində yerləşən evlərdən birindən qızıl zinət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Trend-ə verilən məlumata görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqəli cinayətə görə məhkum olunmuş 36 yaşlı Musa Hüseynov saxlanılıb.

Faktla bağlı Cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti