...

Bakı yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində həlak olmuş 23 nəfərdən 20-nin cəsədi tapılıb

Hadisə Materials 24 Dekabr 2005 12:27 (UTC +04:00)

Bakı yaxınlığında təyyarənin qəzaya uğraması nəticəsində həlak olmuş 23 nəfərdən 20-nin cəsədi tapılıb. Bu barədə Trend in müxbirinə hadisə yerindən Bakı şəhəri Sabunçu rayon polis idarəsinin rəisi Toğrul Rəhtmov məlumat verib.

Onun sözlərinə görə, təyyarə dənizdə qəzaya uğradığından cəsədləri çıxarmaq o qədər də çətin olmayıb. 3 nəfərin cəsədini tapmaq mümkün olmasa da, onların adları məlumdur. Axtarışlar davam edir. Dənizdən təyyarənin qalıqlarının çıxarılması və qara qutunun axtarışı üzrə işlər aparılır.

Hadisə yerində Prokurorluq, DİN və "AZAL" DK-nın ekspertləri işləyir.

AN-100-140 markalı təyyarə dekabrın 23-də saat 22:27-də qəzaya uğrayıb. AZAL DK-ya məxsus Bakı-Aktau marşrutu üzrə hərəkət edən təyyarə saat 22:19-da Heydər Əliyev adına beynəlxalq hava limanını tərk edib. Bir neçə dəqiqədən sonra təyyarə ilə əlaqə kəsilib və o, radarın ekranlarından itib. Uçuşdan 8 dəqiqə sonra hava limanının operatoruna təyyarənin qəzaya uğraması haqqında siqnal daxil olub. Ciddi qəzanın qarşısını almaq üçün pilotlar yaşayış məntəqəsinin üzərinə düşən təyyarəni dənizə doğru istiqamətləndiriblər. İlkin məlumatlara əsasən, təyyarənin terror aktı nəticəsində qəzaya uğraması versiyası istisna olunur.

Xəbər lenti

Xəbər lenti