...

Gəncədə əmək fəaliyyəti zamanı bir fəhlə həlak olub

Hadisə Materials 24 Avqust 2007 15:48 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend , müxbir V.Məmmədov/ Gəncə şəhər sakini əmək fəaliyyəti zamanı həlak olub. Bu barədə cümə günü Gəncə şəhər 7 saylı Ərazi Əmək Müfəttişliyinin rəisi Əkbər Nəsirli məlumat verib.

Hadisə cümə günü səhər saatlarında baş verib. Gəncə şəhər "Göy-Göl" Mətbəx Fabriki MMC-də işləyən bir nəfər fəhləni iş zamanı elektrik cərəyanı vurub.

Nəsirli bildirib ki, hadisə fəhlə Asəf Əsgər oğlu Orucov kiçik qənd fabrikində qaynaq işi zamanı qurğunu elektrikə qoşarkən baş verib. Hazırda hadisə yerində Əmək Müfəttişliyinin və Prokurorluğun nümayəndələri ilə birgə araşdırma aparılır.

Bu il ərzində Azərbaycanda əmək fəaliyyəti zamanı 104 bədbəxt hadisə qeydə alınıb. Nəticədə 39 nəfər həlak olub, 76 nəfər isə müxtəlif bədən xəsarətləri alıb.

Gəncə paytaxt Bakıdan 365 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti