...

Kosmosa Çindən ilk qadın kosmonavt göndərildi

Maraqlı Materials 16 İyun 2012 16:18 (UTC +04:00)
Çin heyətinə ilk dəfə qadın kosmonavt daxil edilən "Şençjou-9" idarə edilən kosmik raketini kosmosa buraxıb.
Kosmosa Çindən ilk qadın kosmonavt göndərildi

Azərbaycan, Bakı, 16 iyun /Trend/

Çin heyətinə ilk dəfə qadın kosmonavt daxil edilən "Şençjou-9" idarə edilən kosmik raketini kosmosa buraxıb. Bu barədə Trend şənbə günü RİA Novosti-yə istinadən məlumat verir.

"Şençjou-9" kosmik gəmisi yerli vaxtla saat 18:37-də (Bakı vaxtı ilə 15:37-də) "Szyutsyuan" kosmodromundan "Changzheng-2F" raketdaşıyıcısı vasitəsilə buraxıllıb.

Çinin ilk qadın kosmonavtı Çin Hərbi Hava Qüvvələrinin mayoru Lyu Yan olub. Ondan başqa, heyətə artıq kosmosa uçmuş kosmik gəminin komandiri Szin Haypen və orbitdə olan "Tyanqun-1" orbital modulu ilə "Şençjou"nun birləşməsinə cavabdeh Lyu Van daxildir.

Kosmik missiyanın əsas məqsədi əl ilə işləmə və artıq orbitdə olan "Tyanqun-1" modulu ilə avtomatik birləşmədir. Birləşmədən sonra çinli kosmonavtlar orbital modulda bir neçə gecə qalacaqlar, həmçinin elmi tədqiqatlar aparacaqlar.

Xəbər lenti

Xəbər lenti