...

"Mersedes" yeni S-klassı yaxın aylarda təqdim edəcək

Maraqlı Materials 13 Mart 2013 15:11 (UTC +04:00)
"Mersedes" konserni çoxdan gözlənilən yeni S-klassın təqdim olunma tarixini açıqlayıb.
"Mersedes" yeni S-klassı yaxın aylarda təqdim edəcək

Azərbaycan, Bakı, 13 mart /Trend, müxbir E.Tanrıverdiyev/

"Mersedes" konserni çoxdan gözlənilən yeni S-klassın təqdim olunma tarixini açıqlayıb.

Trend-in məlumatına görə, yeni S-klass mayın 15-də Hamburqda təqdim olunacaq. Konsernin rəhbəri Diter Çitşe bildirib ki, yeni avtomobil lüks "Pullman" versiyası ilə yanaşı, kabriolet və kupe versiyalarında da buraxılacaq.

Yeni S-klassın 9 pilləli avtomatik transmissiya ilə təchiz olunması onun hazırda məlum olan texniki göstəricilərindən biridir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti