...

Baş nazir seçkilər ərəfəsində taksi sürücüsü işləyib

Maraqlı Materials 12 Avqust 2013 16:06 (UTC +04:00)
Norveçin Baş naziri Yens Stoltenberq Parlament seçkiləri ərəfəsində taksi sürücüsü işləməyi qərara alıb. Beləliklə də, o, bazar gününün yarısını sükan arxasında keçirib.
Baş nazir seçkilər ərəfəsində taksi sürücüsü işləyib

Azərbaycan, Bakı, 12 avqust /Trend/

Norveçin Baş naziri Yens Stoltenberq Parlament seçkiləri ərəfəsində taksi sürücüsü işləməyi qərara alıb. Beləliklə də, o, bazar gününün yarısını sükan arxasında keçirib. Bu barədə Trend Rusiya KİV-ə istinadən xəbər verir.

Qeyd edək ki, Norveç hökumətinin başçısının taksi sürücüsü rolunda lentə alındığı video çarx internetdə populyarlıq qazanmaqdadır. Baş nazir vətəndaşlarla təhsil sahəsində müxtəlif problemləri, o cümlədən, bankirlərin yüksək məvacib almalarını və təbii resurslardan istifadə məsələlərini müzakirə edib.

Norveçli siyasətçi gediş haqqı üçün heç nə götürməyib. Eyni zamanda, onu sərnişinlərdən yalnız biri tanıyıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti