...

Divarları da "danışdırdılar"

Maraqlı Materials 9 Dekabr 2014 17:59 (UTC +04:00)
Vaşinqtonda yerləşən Katolik Universitetinin alimləri səsin kəsilməsi zamanı çəkilmiş videoyazıdan səsli informasiyanın çıxarılması üsulunu təklif ediblər.
Divarları da "danışdırdılar"

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Vaşinqtonda yerləşən Katolik Universitetinin alimləri səsin kəsilməsi zamanı çəkilmiş videoyazıdan səsli informasiyanın çıxarılması üsulunu təklif ediblər. Beləliklə də mühəndislər divarları demək olar ki, "danışmağa" məcbur ediblər.

Trend-in məlumatına görə, müəlliflər öz araşdırmalarının nəticələrini "Optical Engineering" jurnalında dərc ediblər.

"Xerox" şirkətinin elmi əməkdaşı Rayner Eşbax alimlərin işini belə şərh edib: "Alimlərin işinin maraqlı tərəflərindən biri deyilmiş sözlərin yalnız otaqda yerləşdirilmiş əşyaların videoyazısının öyrənilməsi sayəsində bərpasının mümkünlüyüdür".

Alimlər havadakı səs dalğalarının yayılarkən rast gəlinən əşyaları tərəddüd etməyə məcbur etdikləri şəraitdən istifadə ediblər. Yüksəksürətli çəkilişin köməyi ilə seçilmiş nöqtələrdə əşyaların tərəddüdlərinin xarakterini təhlil edən mütəxəssislər yayılan səs informasiyasının bərpası üsulunu təklif ediblər.

Səs dalğasının təsiri zamanı əşyaların tərəddüd etdikləri amplitudalar kiçik olur. Ona görə də alimlər tərəddüdlərin təhlili üçün akustik təsirə nisbətən daha asan tabe olan kiçik və yüngül əşyaları (məsələn, kağız vərəq) götürürlər.

Alimlər məlumatların təhlili üçün belə tərəddüdlərin təsvirlərinin emalı üzrə xüsusi proqram təklif ediblər. Həmin proqram Qauss-Nyuton say alqoritmindən istifadəni nəzərdə tutur.

Tədqiqatın müəlliflərindən biri qeyd edib: "Biz hazırda texnikamızın dəqiqliyini və həssaslığını artıraraq onu yaxşılaşdırırıq və real vaxt rejimində ölçmələri öyrənməyə, eləcə də digər tərəddüdlərdəki əngəlləri aradan qaldırmağa hazırlaşırıq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti