...

"Independent" çap versiyasından imtina etdi

Maraqlı Materials 12 Fevral 2016 19:32 (UTC +04:00)
Britaniyanın məşhur "Independent" qəzeti çap versiyasından imtina etdi.
"Independent" çap versiyasından imtina etdi

Bakı. Elçin Hüseynov - Trend:

Böyük Britaniyanın məşhur "Independent" qəzeti martın 26-dan çap versiyasının buraxılışını tamamilə dayandıraraq rəqəmsal versiyaya keçəcək. Bu barədə Trend Frans Press-ə istinadən verir.

Qəzetin "ESI Media" şirkətindən olan rəhbərliyi bu qərarı qəzetin tirajının azalması ilə əlaqələndirir.

"Independent"in sahibi Yevgeni Lebedev deyib ki, mətbuat industriyası sürətlə inkişaf edir və bunun səbəbkarı oxucuların özüdür: "Onlar bizə göstərirlər ki, gələcək rəqəmsal formadadır".

Qeyd edək ki, Britaniyanın "Independent" qəzeti 1986-cı ildən nəşr olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti