...

Alimlər Venerada həyatın olması ilə bağlı fərziyyəni təkzib edib

Maraqlı Materials 15 İyun 2022 08:57 (UTC +04:00)
Alimlər Venerada həyatın olması ilə bağlı fərziyyəni təkzib edib

Bakı. Trend:

Böyük Britaniyanın Kembric Universitetinin alimləri Veneranın atmosferində kükürd birləşmələri ilə qidalanan canlı orqanizmlərin mövcudluğu ilə bağlı fərziyyəni təkzib ediblər.

Trend xəbər verir ki, bu barədə "Nature Communications" jurnalında dərc edilmiş məqalədə bildirilir.

Venerada həyatın mövcudluğu məsələsi astronomların planetin yuxarı atmosfer qatında həddindən artıq miqdarda fosfinin tapıldığını bildirməsindən sonra gündəmə gəlmişdir. Yer kürəsində canlı orqanizmlərlə yanaşı fosfin mənbələrindən biri də vulkanik fəaliyyətdir, lakin Veneradakı aktiv vulkanların sayı anomaliyanı izah etməyə kifayət etmir. Beləliklə, bəzi ekspertlər planetdəki son dərəcə ekstremal şəraitə baxmayaraq, sirli fosfinin həyat əlaməti ola biləcəyini irəli sürüblər.

Tədqiqatçılar kükürd dioksidin (SO2) mikroorqanizmlərin həyati fəaliyyəti üçün potensial enerji mənbəyi kimi çıxış etdiyi biokimyəvi reaksiyaların modellərini yaratmışlar. Nəticələrə görə, metabolik reaksiyalar yalnız çoxsaylı yan məhsulların sintezi hesabına SO2 səviyyəsinin azalmasına səbəb ola bilər ki, bu da planetdə müşahidə olunmur.

Beləliklə, Venera atmosferinin üst qatlarında kükürdlə qidalanan canlı orqanizmlərin olduğuna dair heç bir sübut tapılmayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti